17 Dekabr 2017, Bazar - 12:14

S.Vandorn xal almaq istəyir

S.Vandorn xal almaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

11:11 - 26 Noyabr, 2017

McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, əsas hədəfi mövsümü xallarla bitirməkdir.

F-1.az xatırladır ki, belçikalı sürücü Əbu Dabidəki sıralanma turunda 13-cü olub.

Stoffel Vandorn: “Özümü qəribə hiss edirəm. Sərbəst yürüşlərdə güclü idik. Ən güclü 4-cü komanda kimi görünürdük, amma sıralanma turunda rəqiblərimizdən geri qaldıq. Təbii ki, bəzi səbəbləri var. Rəqiblərimiz sıralanma turunda daha güclü mühərrik rejiminə keçə bilirlər. Bizim isə sehirli düyməmiz yoxdur. Bilirdik ki, asan olmayacaq. Aqressiv sürsəm də, alınmadı. Yenə də nəticədən razıyam. Yarışı səbirsizliklə gözləyirəm. Bütün hadisələrdən faydalanmağa çalışacam. Trafik olmayan yarışlarda güclü olsaq da, geridən başladığımız yarışlar çətin keçdi. Burada ötmə etmək asan deyil. Strategiya cəhətdən də seçim çətindir. Buna görə də yaxşı start almaq istəyirəm. Mövsümü ən yaxşı nəticə ilə bitirmək istəyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 24
Teqlər , , ,
Paylaş

logo