19 Noyabr 2017, Bazar - 19:48

S.Vandorn: “Sauber-ləri keçmək mümkünsüz idi”

S.Vandorn: “Sauber-ləri keçmək mümkünsüz idi”

Müəllif: Rauf Hacıyev, redaktor

10:15 - 29 İyun, 2017

McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, Azərbaycan yarışında Sauber komandasının sürücüləri Markus Eriksson və Paskal Verlyaynı ötmək mümkünsüz olub.

F-1.az xatırladır ki, Azərbaycan yarışında qırmızı bayraqlar zamanı yeni SuperSoft təkərləri götürən Vandorn önündəki Eriksson və Verlyayn cütünə yaxınlaşsa da, onları qabaqlaya bilməmişdi. Beləliklə, belçikalı sürücü yarışı 12-ci yerdə bitirmişdi.

Stoffel Vandorn: “İlk pit-stopdan sonra Sauber-lərə hər dövrə 1.5 saniyə yaxınlaşırdım, ancaq onlara çatanda ötmə etmək mümkünsüz idi. Bütün gücü son döngəyə qədər saxlıyırdılar. Mən də eynisini etməyə çalışırdım, amma onları keçə biləcək gücümüz yox idi. Amma tempimiz yaxşı idi. Bu mövsüm ilk xallarımızı qazandıq.

Yaxşı start aldım. Ara çox qarışdı və üçüncü döngəyə gələndə bir neçə boliddən qaça bildim. Daha sonra SuperSoft təkərlərə keçib trasa Qrojanın önündə qayıda bildim. Daha sonra qırmızı bayraq çıxdı və üstünlüyümü itirdim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 904
Teqlər , , , ,
Paylaş

logo