16 Noyabr 2018, Cümə - 07:24

S.Vandorn Mercedes-in test sürücüsü ola bilər

S.Vandorn Mercedes-in test sürücüsü ola bilər

Müəllif: Rauf Hacıyev, redaktor

18:08 - 03 Noyabr, 2018

Stoffel Vandorn McLaren-dən ayrıldıqdan sonra Mercedes-in ehtiyat sürücüsü ola bilər.

F-1.az xatırladır ki, belçikalı sürücü 2018-2019-cu illər mövsümündə Formula E-də Mercedes-in dəstəklədiyi HWA Racelab komandası ilə yarışacaq. Belə olan halda 26 yaşlı sürücünün Mercedes komandasında iş tapması mümkündür.

Stoffel Vandorn: “Əsas hədəfim yarışmaq üçün komanda tapmaqdır. Daha sonra başqa fürsətlərə baxmaq olar. Təbii ki, ancaq bir il sonranı yox, gələcəyi düşünmək lazımdır. Hazırda heç nə deyə bilmərəm. Bəzən yeni macəraya girmək gözəl olur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 203
Teqlər
Paylaş

logo