S.Vandorn McLaren-də xoşbəxt deyil

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, Stoffel Vandorn McLaren-də xoşbəxt deyil.

F-1.az xatırladır ki, belçikalı sürücü Formula1-dəki ilk tam mövsümündə komanda yoldaşı Alonsoya qarşı mübarizə aparmaqda çətinlik çəkir. Vandorn mövsümün ilk 5 yarışının sıralanma turunda ikinci sessiyaya qala bilmədiyi halda, Alonso 4 dəfə ikinci, 1 dəfə isə son sessiyaya qala bilib.

Daha əvvəl Vandornla McLaren-in gənc sürücü proqramında olan və 2013-cü ildə Formula Renault 3.5-də onu məğlub edən Maqnussen 25 yaşlı sürücünün yaşadığı problemlərə təəccüblənib: “Niyə problem yaşadığını bilmirəm. Qətiliklə deyə bilərəm ki, xoşbəxt deyil. Əks halda Fernandoya yarım saniyə uduzmazdı. Bu, məni təəccübləndirir. Daha yaxşı ola bilərdi. Yaşadıqlarını başa düşə bilirəm. Əlində çox yaxşı fürsəti var. Formula1-in ən yaxşılarından birinə qarşı mübarizə aparır. Onun güclü sürücü olduğunu və nəyə qadir olduğunu bilirəm. Fərqli səbəblərə görə problem yaşayır, lakin vəziyyət daha da pisləşə bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*