S.Vandorn: “İlk seçimim McLaren olacaq”

Stoffel Vandorn bildirib ki, Formula1 paddokunda digər komandalar onunla maraqlansa da, gələn il onun birinci seçimi McLaren olacaq.

F-1.az xatırladır ki, Stoffel Vandorn Bəhreyn QP-də Fernando Alonsonu əvəz etmişdi və çıxdığı ilk yarışdaca xal qazanmışdı. Bundan başqa Vandorn Yaponiyada Super Formula seriyasında mübarizə apararaq ilk yarışında podiuma yüksəlmişdi.

Stoffel Vandorn: “Bəzi komandalar mənimlə maraqlanır və bu normal haldır. Ancaq McLaren-də özümü xoşbəxt hiss edirəm. Komanda ilə müqaviləm var və mənim əsəs hədəfim gələn il onlarla olmaqdır”.

Vandorn Super Formula ilə Formula1-i müqayisə edib: “Formula1 elə Formula1-dir. Avtoidmanın zirvəsidir. Həmişə həyəcanlı olacaq və yarışlar daha yaxşıdır. Mübarizə yüksək səviyyədədir. Çempionlara qarşı yarışırsınız və həmişə orada olmağı xəyal edirik.

Oradakı təkərlər Formula1-dən fərqlənir. Pirelli təkərləri ilə yarışlar daha həyəcanlıdır, həmişə ötmələr olur və rəqiblərinizi daha yaxından izləyə bilirsiniz. Təkərlərin yeyilməsi idmanın bir hissəsidir və ötmələrə kömək edir.

Yaponiyada da yarışlar həyəcanlıdır, amma ötmə yoxdur. İzləmək də çətindir, çünki döngəyə yüksək sürətlə girirlər.

Fərqlidir. Onlardan çox fərqlidir.

Orada həmişə son həddə sürmək istəyirsiniz. Yarışçılar onsuz da həmişə maksimum sürətlə getmək istəyirlər.

Qətiliklə, deyə bilərəm ki, həzz aldım. GP2-də iki il keçirdikdən sonra ilk dövrədən son dövrəyə qədər tam sürətlə getmək qəribə idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*