16 Dekabr 2017, Şənbə - 03:38

S.Vandorn ilk gündən razıdır

S.Vandorn ilk gündən razıdır

Müəllif: Rauf Hacıyev, redaktor

15:10 - 02 Avqust, 2017

McLaren komandasının sürücüsü Stoffel Vandorn testlərin ilk günündən razı ayrılıb.

F-1.az xatırladır ki, belçikalı sürücü Macarıstanda birinci test gününün ilk yarısında sürətli dövrə vursa da, yolda qalaraq, qırmızı bayraqların çıxmasına səbəb olmuşdu. Amma 25 yaşlı sürücü nahardan sonra yenidən trasa çıxaraq, UltraSoft təkərlərlə nəticəsini bir az da yaxşılaşdırmış və günü 72 dövrə vuraraq Leklerdən 0.088 saniyə geridə qalmaqla ikinci yerdə bağlamışdı.

Stoffel Vandorn: “Yolda qalsaq da, bizim üçün çox faydalı bir gün oldu. Gün ərzində bolid üzərində çoxlu şeylər test etdik və yaxşı geribildirim aldıq. Gün keçdikcə doğru yönü tapdıq. Bolid yeni detallara yaxşı reaksiya verdi və inkişafı görmək gözəl idi.

Sözün açığı, bu testin elə də böyük əhəmiyyəti yoxdur. Amma bizə faydalı məlumatlar verir. İki gün ərzində gərgin proqramda işləyəcəyik və bu testin hesabına inkişaf etmək istəyirik. Ümid edirəm ki, inkişafa davam edərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 688
Teqlər , , ,
Paylaş

logo