19 Noyabr 2017, Bazar - 08:39

S.Vandorn: “Hədəfim Formula1-dir”

S.Vandorn: “Hədəfim Formula1-dir”

Müəllif: Rauf Hacıyev, redaktor

17:01 - 25 Fevral, 2016

McLaren komandasının ehtiyat sürücüsü Stoffel Vandorn bildirib ki, onun hədəfi 2017-ci ildə Formula1-də yarışmaqdır…

F-1.az xatırladır ki, Stoffel Vandorn keçən il GP2 seriyasında bütün rekordları alt-üst edərək, Dünya Çempionu titulunu qazanmışdı. Belçikalı sürücü bu ildən etibarən McLaren komandasında ehtiyat sürücü olacaq.

Vandorn gələcək hədəflərindən danışıb: “Gələcək üçün danışmaq hələ tezdir. Hazırda 2016-cı ilə köklənmişəm. Əlbəttə ki, mövsün ərzində çalışacam ki, 2017-ci il üçün hazırlanım və gələn il Formula1-də olum. Burada olmaq istəyirəm.

Ümid edirəm ki, McLaren komandasında debüt edərəm. Çünki burada olmağı çox istəyirəm. Komanda ilə müqaviləm var.

Əgər McLaren-də vakansiya olmasa, digər alternativləri dəyərləndirəcəm. Amma indi bunu düşünməyin vaxtı deyil. Nəsə demək hələ tezdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 115
Teqlər ,
Paylaş

logo