S.Vandorn: “Əla şansımız var”

McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, Monako onlar üçün böyük fürsətdir və bunu dəyərləndirmək lazımdır.

F-1.az xatırladır ki, McLaren komandası bu mövsüm xal qazana bilməyən yeganə kollektivdir. Buna görə də britaniyalılar mühərrik gücünə az ehtiyac duyulan Monakoda mövsümün ilk xallarını qazanmaq istəyirlər.

Stoffel Vandorn: “Sərbəst yürüşlərdəki nəticələrə baxanda işlərin qaydasında getdiyini deyə bilərəm. Orta qrup bir-birinə çox yaxındır və biz də yaxşı yerdəyik. İlk günün ardından xal almaq üçün şansımızın olacağını düşünürəm. Buna görə də bütün fürsətlərdən maksimun istifadə etməliyik. 0.1 saniyə bizi sıralanma turunda bir neçə pillə qabağa sala bilər. Ümid edirəm şənbə günü istədiyimiz kimi gedər. Yaxşı vəziyyətdəyik və əlimizdən gələni edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*