22 Noyabr 2017, Çərşənbə - 20:43

S.Vandorn: “Düzlüklərdə son həddə getməliyik”

S.Vandorn: “Düzlüklərdə son həddə getməliyik”

Müəllif: Rauf Hacıyev, redaktor

17:19 - 29 Oktyabr, 2017

McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, düzlük sürətləri aşağı olduğu üçün yarışda aqressiv olmalıdırlar.

F-1.az xatırladır ki, hər iki McLaren Honda sürücüsü də mühərrik cəzasına görə yarışa arxa cərgələrdən başlayacaqlar.

Stoffel Vandorn: “Sıralanma turunda neçənci olsaq da, yarışa sonuncu yerdən başlayacaqdıq. Əsas hədəfimiz yarışa fokuslanmaq idi. Sıralanma performansına fikir vermədik. İlk sessiyada balansı tapmaq üçün dolu çənlə dövrə vurdum. Cümə günü mühərrik probleminə görə dövrə vura bilməmişdik. Boliddə rahat deyildim, amma şənbə günü yaxşı idi. Bolid daha rəqabətədavamlı idi. Ümumilikdə güclü idik və yarışa hazırlaşdıq.

Bu gün yarışa son cərgədən başlayacağıq və çətin yarış olacaq. Proqnoz vermək çətindir, amma sonuncu yerdən başlamaq yaxşı hal deyil. Düzlüklərdə rəqiblərimizi keçmək asan olmayacaq. Buna görə də aqressiv olmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 9. 961
Teqlər , , ,
Paylaş

logo