22 Oktyabr 2017, Bazar - 01:25

S.Vandorn: “Çətin yarışlardan çox şey öyrənirəm”

S.Vandorn: “Çətin yarışlardan çox şey öyrənirəm”

Müəllif: Rauf Hacıyev, redaktor

07:04 - 12 May, 2017

McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, çətin keçən mövsüm onun inkişafına kömək edir.

F-1.az xatırladır ki, Vandorn bu il Formula1-də ilk tam mövsümünü keçirir və hələlik ən yaxşı nəticəsini Avstraliyada 13-cü yeri tutaraq, əldə edib.

Stoffel Vandorn: “Bu hal inkişafım üçün yaxşıdır. Pis vəziyyətdə olsaq da, mənim öyrənəsi çox şeyim var və bütün diqqətimi buna vermək istəyirəm. Yarışdığım bütün seriyalarda müxtəlif çətinliklərlə mübarizə aparmalı oldum. Həmişə qələbələr və çempionluqlar üçün mübarizə aparırdım, amma bu dəfə məqsədimiz fərqlidir. Pis keçən yarışlardan da çox şey öyrənə bilərik. Mən də yarışdan sonra təhlillər apararaq, daha yaxşı vəziyyətə gəlməyə çalışıram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 275
Teqlər ,
Paylaş

logo