S.Vandorn çempionata qayıda bilər

McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, Formula1-ə qayıtması üçün əlverişli şərait lazımdır.

F-1.az xatırladır ki, Stoffel ilin sonunda McLaren komandasından ayrılacaq və gələn il Formula1-də yarışmaq üçün özünə yer tapa bilməyib. Belçikalı sürücünün gələn ildən etibarən Formula E-də yarışacağı gözlənilir.

Stoffel Vandorn: “Fərqli hava udmaq mənim üçün yaxşı olacaq. Formula E ehtimalı get-gedə artır. McLaren-dəki son mövsümlər asan deyildi. Komanda tarixinin ən pis mövsümlərini keçirir.

Formula1 ilə əlaqədə olacam. Görək necə olur. Amma əlverişli təklif olmasa, qayıtmayacam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*