S.Vandorn artıq özünü yaxşı hiss edir

McLaren komandasının sürücüsü Stoffel Vandorn bildirib ki, komandada özünü yaxşı hiss edir.

F-1.az xatırladır ki, belçikalı sürücü keçən ilə zəif start versə də, yay fasiləsindən sonra mükəmməl performans göstərmişdi.

Stoffel Vandorn: “Bu il daha asan olacaq. Keçən ilə nisbətən özümü fərqli hiss edirəm. Keçən il debütant idim və çox şey öyrənməli idim. Hər şey yeni idi. Qışda aerodinamika bölməsinin işçiləri ilə çoxlu vaxt keçirdim. İndiyə kimi hər şey yaxşı görünür və çox xoşbəxtəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*