S.Vandorn: “Alonsonu məğlub etmək mənim üçün çox yaxşı olar”

Stoffel Vandorn gələn il Fernando Alonso ilə komanda yoldaşı olacağı üçün sevindiyini, əsas hədəfinin onu məğlub etmək olduğunu bildirib.

F-1.az xatırladır ki, Stoffel Vandorn gələn mövsüm Censon Battonu əvəz edəcək.

2007-ci ildə debütant Lyuis Həmiltonda bir sıra problemlər yaşayan Fernando Alonso bu halların Vandorn ilə aralarında baş verməyəcəyini bildirmişdi.O, Lyuisin McLaren tərəfindən qorunduğunu, “Lyuis ingilis idi, Stoffel isə yox” demişdi.

Stoffel isə Fernandonu məğlub etmək istədiyini bildirib: “Gələn mövsüm onunla eyni komandada çıxacam. Bu, mənim üçün yaxşıdır. O, ikiqat dünya çempionudur və Formula1-dəki ən yaxşı sürücülərdən biri kimi qəbul edilir. Əgər onu məğlub edə bilsəm, bu, mənim karyeraımda əhəmiyyətli rol oynaya bilər. McLarendə yarışmaq əlavə təzyiq deməkdir. Amma çempion olmaq istəyən sürücü bununla bacarmalıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*