14 Dekabr 2018, Cümə - 05:43

S.Sirotkinin transferi Renault-nu düşündürüb?

S.Sirotkinin transferi Renault-nu düşündürüb?

Müəllif: Rauf Hacıyev, redaktor

19:13 - 27 Yanvar, 2018

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Sirotkinlə Kubitsanın Williams-a keçidinə görə məyus deyil.

F-1.az xatırladır ki, rusiyalı sürücü son iki ildə Renault komandasının test və ehtiyat sürücüsü olmuş, hətta bir neçə dəfə testlərdə iştirak etmişdi. Robert Kubitsa da Fransa təmsilçisinin hesabına 6 ildən sonra ilk dəfə Formula1 bolidi sürmüş və bunun hesabına Williams komandası ilə danışıqlara başlamışdı.

Nəticədə Williams komandası Sirotkini sürücü kimi, Kubitsanı isə ehtiyat və developer sürücü kimi transfer edib.

Siril Abitebul: “2017-ci ildən Robert və Sergey alternativlərini düşünürdük. Buna görə də bu sürücüləri idmanda gördüyüm üçün sevinirəm. Özlərini inkişaf etdirmələrində və istedadlarını göstərmələrində pay sahibi olduğumuz çox xoşbəxtəm. Sergeyin müqaviləsi göstərdi ki, Renault bir sürücünün karyerasında önəmli rol oynayır. Onun bolid anlayışı, inkişafı və bolid barədə biliklərindən təsirləndik. Məncə, çox istedadlı sürücüdür. Robert də ümid edirəm ki, istedadına uyğun proqrama sahib olar.

Amma onların Williams-a gedişi bizə təsir etmir. Karlosu seçdiyimiz üçün peşman deyilik. Komandamıza enerji və motivasiya gətirdi. İstedadını göstərməkdədir. Bizə bəzi təkliflər və ideyalar verdi. Bunlar çox vacibdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 127
Teqlər , , , ,
Paylaş

logo