21 Sentyabr 2018, Cümə - 12:00

S.Sirotkin: “Heç nə anlamadıq”

S.Sirotkin: “Heç nə anlamadıq”

Müəllif: Rauf Hacıyev, redaktor

16:17 - 05 Mart, 2018

Williams komandasının sürücüsü Sergey Sirotkin bildirib ki, pis hava şəraitinə görə bolidi anlaya bilməyiblər.

F-1.az xatırladır ki, Barselonadakı birinci qış testlərində yağan qar komandaların planlarını alt-üst etmiş və komandalar testlərin 3-cü günündə trasa çıxa bilməmişdilər.

Sergey Sirotkin: “Nə olursa-olsun, yaxşı gün keçirdik. Təbii ki, ideal deyildi, amma bacardığımızı etdik. Bolidin fərqli hava şəraitində necə reaksiya verdiyini görmək gözəl idi. Hələ bolidlə bağlı hər şeyi bilmirik. Ancaq testlərin ikinci həftəsində bu çatışmazlığı aradan qaldırmaq istəyirik. Zəif və güclü tərəflərimizi təkmilləşdirsək, problem də qalmaz. Güclü komandamız var. Bu həftə hava yaxşı olacaq və hər şeyi qaydasına qoya bilərik. Çox məsafə qət edib məlumat toplayacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 105
Teqlər ,
Paylaş

logo