21 Yanvar 2018, Bazar - 16:32

S.Sirotkin: “GP2 mənim üçün F1-dən vacibdir”

S.Sirotkin: “GP2 mənim üçün F1-dən vacibdir”

Müəllif: Rauf Hacıyev, redaktor

18:06 - 29 Aprel, 2016

Sergey Sirotkin Renault-da test sürücüsü olmasına baxmayaraq, bildirib ki, bütün diqqətini GP-2-yə yönəldəcək…

F-1.az xatırladır ki, 20 yaşlı Sirotkin Renault ilə ilk sərbəst yürüşlərə bu gün Soçidə çıxıb. Rusiyalı sürücü bundan sonra bəzi QP-lərdə sərbəst yürüşlərdə Kevin Maqnusseni əvəz edəcək.

Bütün bunlara baxmayaraq, Sirotkin bildirib ki, onun əsas hədəfi GP2-də Dünya Çempionu titulunu qazanmaqdır: “Bu mövsüm üçün hədəfim test sürücüsü olmaq deyil.

Təbii ki, bu əla fürsətdir, özümü sübut etmək üçün çox vacibdir, amma mən bütün diqqətimi GP2-yə verəcəm.

Mən çalışacam ki, hər iki işimə də fokuslanım. İnsanlar burda da, GP2-də də məndən yaxşı nəticələr gözləyirlər. Amma mənim üçün GP2-də çempion olmaq daha vacibdir”.

Qeyd edək ki, Sirotkin 2015-ci ildə GP2-nin ən yaxşı debütantı seçilmişdi. Bu mövsüm isə rusiyalı sürücü Art Grand Prix komandasında keçən ilin çempionu Stoffel Vandornu əvəz edəcək.

Sergey Sirotkin: “Test sürücüsü olmaq əla fürsətdir, amma mən düşünürəm ki, mən buna keçən il layiq idim.

İndi isə önümə daha yaxşı və daha yüksək hədəf qoymalıyam. Bu hədəf 2017-ci ildə Formula1-də yarışmaqdır”.

Sirotkin ilk sərbəst yürüşlərdə komanda yoldaşı Colion Palmeri 0.7 saniyə qabaqlayıb və 13-cü yeri tutub. Amma rusiyalı sürücü bildirib ki, onun məqsədi sensassiya etmək deyil: “Komanda yoldaşımdan daha sürətli idim, amma əsas hədəfim bu deyil.

Əsas o idi ki, biz düzgün test edək və məlumatlar əldə edək. Bunu da yaxşı bacardıq.

Sürətli dövrəmi sonda atdım. Şərait elə də yaxşı deyildi. Bolidi son həddə sürmədim və sektorlar üzrə ən yaxşı nəticələrimi də göstərmədim. Yəni ki, həyatımın ən yaxşı dövrəsi deyildi.

Bu nəticə mənim üçün təəccüblü olmasa da, gözləmirdim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 322
Teqlər , , , ,
Paylaş

logo