16 Dekabr 2017, Şənbə - 22:40

S.Sadıxovun dizayneri olduğu yolsuzluq maşını təqdim olunub

S.Sadıxovun dizayneri olduğu yolsuzluq maşını təqdim olunub

Müəllif: Ruslan Musayev, redaktor

16:10 - 04 Oktyabr, 2017

Amerikanın Rezvani Motors şirkəti özünün ikinci modeli Tank ofroderini rəsmən təqdim edib. Dizaynını həmyerlimiz Samir Sadıxovun hazırladığı ofroder Chrysler şirkətinin SRT bölümünün 6,4 litrlik V8 mühərriyi ilə təchiz olunub.

F-1.az AvtoGraph.Az-a istinadən bildirir ki, avtomobilin texniki xüsusiyyətləri barədə məlumat verilməsə də, onun mühərriyinin 500 at qüvvəsinə malik olduğu bildirilib. Rama üzərində yığılan və ekstremal yolsuzluq üçün nəzərdə tutulmuş avtomobil əlavə olaraq zirehli kuzova və infraqırmızı gecə görüntü sisteminə mlaik olacaq.

Bundan başqa, ofroderin qoşulan tam dartı sistemi, gücləndirilmiş asılqan və ağır yolsuzluq üçün nəzərdə tutulan «dişli» təkərlərlə də təchiz edildiyi söylənilib.

Rezvani Tank modelinin təchizatına dəri salon, proyeksiya displeyi və damda quraşdırılan işıqdiodlarından «çilçıraq» da daxildir. Əlavə ödənişlə, Tank güllə keçirməyən yanacaq çəni və şüşələrlə də təchiz edilə bilər.

Avtomobil 178 min dollardan başlayan qiymətlərlə təklif edilir.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Bizimkilər
Mənbə
Baxış Sayı 3. 472
Teqlər , ,
Paylaş

logo