23 Noyabr 2017, Cümə axşamı - 11:41

S.Peres: “Yeni bolidin güclü potensialı var”

S.Peres: “Yeni bolidin güclü potensialı var”

Müəllif: Rauf Hacıyev, redaktor

08:52 - 25 Fevral, 2016

VJM09 ilə ilk dəfə trasa çıxan Serxio Peres bildirib ki, yeni bolid böyük potensiala malikdir…

F-1.az xatırladır ki, komanda yeni bolidini fevralın 22-də təqdim edib və testlərin ilk günündə komandanın ehtiyat sürücüsü Alfonso Selis sükan arxasına keçib.

Serxio Peres ikinci gün sükan arxasına keçib və o yumşaq təkərlərlə 1:23.650 zaman nəticəsi göstərib və günü üçüncü yerdə bağlayıb. Onu da qeyd edək ki, ilk iki yeri tutan Sebastyan Fettel və Daniel Rikkardo ən yaxşı zaman nəticələrini ultra yumşaq təkərlərlə göstəriblər.

Peres yeni bolid barədə təəssüratlarını bildirib: “Çox yaxşı və çox müsbət yönümlü bir gündür. Boliddəki ilk günümdən razıyam və yeni bolidin çox güclü potensialı var.

Boliddəki ilk günün uğurlu olması çox gözəl haldır”.

Xatırladaq ki, Force İndia komandası keçən il aerodinamik boru ilə bağlı problem yaşamışdı və ilk testlərə 2014-cü il bolidi ilə gəlmişdi.

Komanda 2015-ci il bolidinin son versiyasını Britaniya QP-də istifadə etməyə başlayıb.

Bundan sonra Peres və Hülkenberq yaxşı iş görüblər və komandanın mühəndislər çempionatında 5-ci yeri tutmasını təmin ediblər.

Serxio Peres bildirib ki, yeni bolid keçənilkindən fərqlənir: “Keçən ilə nisbətən arada bir neçə saniyəlik fərq var. Keçən il bolidi yaxşı təkmilləşdirdik və indi çox güclüyük. Yeni bolid keçənilkini güc baxımından çox üstələyir. Ona görə də özümü yaxşı hiss edirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 227
Teqlər ,
Paylaş

logo