S.Peres: “Yarışdan həzz aldım”

Yaponiya yarışını 7-ci yerdə bitirən Serxio Peres bildirib ki, yarışdan həzz alıb və strateqlər yarış ərzində doğru qərarlar veriblər.

F-1.az xatırladır ki, meksikalı sürücü yaxşı start alaraq, ilk döngəyə 3-cü yerdə girmişdi.

Peres bildirib ki, əlindən gələni etsə də, arxadakı rəqibləri ilə mübarizə aparmaqda çətinlik çəkib: “Yarışdan həzz aldım. Yarış ərzində doğru qərarlar verdik. Yaxşı start alaraq, 3-cü yerə yüksəldim. Sonra əlimdən gələni etsəm də, 7-ci ola bildim. Amma nəticədən razıyam. Biz bilirdik ki, arxadakı rəqiblərə qarşı müdafiə olunmaq asan olmayacaq. Bacardığım qədər müdafiə olunsam da, yerimi saxlamaq üçün bэs etmədi.

Bolidimiz Yaponiyada yaxşı işlədi. İki pit-stoplu strategiya doğru qərar idi. Williams-ları tras üzərində keçməli idik, çünki fərqli strategiya seçmişdilər və onları qısa müddət ərzində keçə bildik və yarışın sonгnda təkərləri qorumağa başladıq.

Williams-a qarşı vacib xallar qazandıq. Son 4 yarışda da bu tempimizi davam etdirməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*