S.Peres: “Startdakı qəza xeyrimə oldu”

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, Çin yarışından aldığı nəticədən razıdır.

F-1.az xatırladır ki, Force İndia komandası rəqabətədavamlı olmasa da, Peres və Okon cütü mövsümün ardıcıl ikinci yarışından da xal qazanaraq, Mühəndislər Kubokunda 4-cü yeri tutmaq üçün önəmli addım atıblar.

Serxio Peres: “Bu cür əyləncəli yarışdan xal almaq sevindirici haldır. Yarışın startı mənim üçün asan deyildi. Pis start aldım və 5-6 yer itirdim. İlk dövrədə bir neçə yeri bərpa edə bildim və daha sonra 10-cu döngədə Ləns ilə təmas yaşadım. Məncə, daxili trayektoriyadan gəldiyimi görmədi və lazımi qədər mənə yer buraxmadı. Daha sonra təkər partladığı üçün pitə girməli oldum və SuperSoft təkərləri götürdüm. Bunun hesabına da bir neçə yer qazanmış oldum. Ardıcıl 12 yarışdır ki, xal alırıq və bu, bizim üçün gözəl seriyadır. Ümid edirəm ki, bunu Bəhreyndə də davam etdirərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*