16 Dekabr 2017, Şənbə - 20:48

S.Peres: “Son 2 ay mənim üçün çətin keçdi”

S.Peres: “Son 2 ay mənim üçün çətin keçdi”

Müəllif: Rauf Hacıyev, redaktor

14:07 - 07 Oktyabr, 2016

Serxio Peres bildirib ki, onun Force İndia-da qalmasına özü qərar verib. Amma meksikalı əlavə edib ki, onun 2018-ci il və sonrası üçün seçimləri var.

F-1.az xatırladır ki, Peres Force İndia ilə olan müqaviləsini daha 1 il uzadıb.

Serxio Peres: “Qərarlı olmaq istəyirəm. Sadiq qalmaq önəmlidir, çünki komandanın karyerama böyük faydası olub. Yeni qaydaları da düşünsək, tək istəyim stabillikdir.

Təbii ki, bu birillik seçimdir. Gələn il və daha sonra harada olacağımızı görmək istəyirəm”.

Peres yeni müqavilədən razı qalıb və gələcəyinin artıq qarışıq olmadığını deyib: “Artıq narahat deyiləm. Gələcəkdə nə edəcəyini bilmək həmişə yaxşıdır. İndi isə tamamilə işimə fokuslana bilərəm. Önümüzdə 5 yarış var və bu, komanda üçün çox vacibdir.

Heç bir şey dəqiq deyildi. Çünki vəziyyət o həddə çatmışdı ki, düşünürdüm ki, müqavilə imzalaya bilməyəcəm. Mənim müqaviləm digər sürücülərə nisbətən qarışıq oldu deyə çox uzun çəkdi. Buna görə də son iki ay mənimçün yaxşı olmadı. Amma sonda hər şey qaydasına düşdü. Bu cür hallarla əvvəl də üzləşmişdim. Bu təcrübə mənə kömək etdi ki, işimə fokuslanım”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 104
Teqlər ,
Paylaş

logo