S.Peres Sinqapurda uğurlu seriyaya davam etmək istəyir

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, Sinqapurdakı uğurlu seriyasını bu il də davam etdirmək istəyir.

F-1.az xatırladır ki, meksikalı sürücü Sinqapurda çıxdığı bütün yarışlarda xal qazanıb.

Serxio Peres: “Sinqapur mövsümün ən çətin yarışıdır. Yüksək temperatur və nəm burada sürməyi çətinləşdirir. Mən bu cür yarışları sevirəm. Çətin şəraitə özümü çox yaxşı hazırlamışam. Yarışda gözəl nəticə qazanmaq üçün əlimdən gələni edəcəm. Gecə yarışı olduğu üçün bura xüsusidir və əminəm ki, hamı burada olduğu üçün xoşbəxtdir. Burada bütün yarışlarda xal almışam və bu seriyanı davam etdirmək istəyirəm.

Sinqapurda xüsusən sevdiyim döngə yoxdur. Burada hər döngə özünə görə çətin və xüsusidir. Buna görə də yarışdan həzz alaraq, gözəl xallar qazanmaq istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*