S.Peres Renault-ya transfer olunacaq?

Serxio Peres 2017-ci ildə Renault-da yarışa bilər...

F-1.az xatırladır ki, Vicey Malya Britaniya QP-də bildirmişdi ki, onlar 2017-ci ildə Peres və Hülkenberq cütü ilə yarışacaqlar. Amma Peres həmişə Force İndia-dan ayrıla biləcəyini açıq-aydın dilə gətirir. Peres sonuncu dəfə Almaniyada bu barədə açıqlama verib. Son çıxan xəbərlərə əsasən, meksikalı sürücünün menecerləri Renault ilə danışıqlar aparırlar.

Sponsorlar komandanın investisiyalarını nəzarətdə saxlayırlar və Peresin Renault-ya keçməsi çox yaxındır. Əgər Peres ilə müqavilə imzalansa, Renault-nun digər bolidini Esteban Okon idarə edəcək. Komanda Kevin Maqnussen və Colion Palmerin yanında təcrübəsiz sürücü yarışdırmaq istəmirdi. Amma Peres komandaya transfer olunsa, belə qorxu qalmayacaq və Okon Peresin yanında təcrübə qazanacaq.

Renault Peres ilə yay tətilində müqavilə bağlamaq istəyir. Bundan başqa meksikalı sürücü Williams ilə də danışıqlar aparır…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*