22 Noyabr 2017, Çərşənbə - 16:54

S.Peres: “Red Bull bizdən çox qabaqdadır”

S.Peres: “Red Bull bizdən çox qabaqdadır”

Müəllif: Rauf Hacıyev, redaktor

08:03 - 25 İyun, 2017

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, Azərbaycan yarışında Red Bull-dan çox geridə qalıblar.

F-1.az xatırladır ki, meksikalı sürücü Bakıdakı 51 dövrəlik yarışa 6-cı yerdən başlayacaq. Qeyd edək ki, Peres keçənilki yarışa 7-ci yerdən başlasa da, yekunda 3-cü yeri tutaraq, podiuma yüksəlmişdi.

Serxio Peres: “Sıralanma turunda əla işlədik. Son cəhdimə çıxmamışdan əvvəl üzərimdə təzyiq çox idi. Çünki ilk cəhdimi bitirməyimə 100 metr qalmış Çarli Uaytinq qırmızı bayraqlarla sessiyanı dayandırmışdı. Lakin sonda əlimizdən gələni edərək, ən yaxşı nəticələri ala bildik. Red Bull-a istədiyimiz səviyyədə yaxın deyilik. Bu gün onlara daha yaxın olmaq istərdim. Belə halla dəfələrlə üzləşmişik. Formula1-də iki kateqoriya var. Biz hazırda ikinci kateqoriyadayıq, lakin yarış uzun olacaq. Yarışda daha çox şey ola bilər. Görəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 106
Teqlər , , , ,
Paylaş

logo