22 Noyabr 2017, Çərşənbə - 16:42

S.Peres ölkəsində maraqlı yarış gözləyir

S.Peres ölkəsində maraqlı yarış gözləyir

Müəllif: Rauf Hacıyev, redaktor

20:44 - 26 Oktyabr, 2016

Serxio Peres bu həftəsonu özünün ev trasında yarışacaq və meksikalı düşünür ki, Meksikadakı builki yarış keçənilkindən yaxşı olacaq…

F-1.az xatırladır ki, Meksika QP keçən il 23 illik fasilədən sonra təqvimə qayıtmışdı və keçənilki yarışa 330000 azarkeş gəlmişdi.

26 yaşlı sürücü Formula1-in ölkəsinə qayıtmasına görə xoşbəxtdir və o, azarkeşlərini sevindirmək istəyir: “Builki yarış keçənilkindən daha yaxşı olacaq. 2015-ci ildən sonra gözləntilər daha da artıb.

Azarkeşlərdəki həvəs məni təəccübləndirdi. Onlar çox istəkli idilər. Bu, mənə təsir etdi. Onları sevindirmək üçün çox işləməliyəm. Ümid edirəm ki, yaxşı nəticə qazana bilərəm”.

Peres ümid edir ki, Rodriqes qardaşları trasında asfaltla ilişmə keçən ilə nisbətən daha yaxşı olacaq: “Bu tras texniki trasdır. Bolidi idarə etmək çətindir və limitdə sürməlisiniz.

Öz publikan önündə çıxış etmək həmişə fərqli olur. Bundan həzz almaq istəyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 86
Teqlər , ,
Paylaş

logo