S.Peres: “Okonla bir işləməliyik”

Force İndia komandasının yeni sürücüsü Serxio Peres bildirib ki, güclü rəqiblərə qarşı Okonla birgə işləməlidirlər.

F-1.az xatırladır ki, iki komanda yoldaşı keçən il trasda bir neçə dəfə təmas yaşamış və buna görə də Hindistan təmsilçisi sürücülərinə bir-birilə yarışmağı yasaqlamışdı.

Serxio Peres: “Keçən il problemlər yaşasaq da, bir yerdə işləyərək mövsümü yaxşı nəticə ilə bitirdik. Komandaya 4-cü yeri qazandırdıq. Okon artıq debütant deyil və təcrübəsi artıb. Eyni problemləri yaşayacağımızı düşünmürəm. Bizim üçün çox çətin il olacaq. Orta qrupdakı komandalar çox gücləniblər. Onların tempinə cavab verməliyik. Formula1-də yarışdığınız müddətdə öyrənməyə davam edərsiniz. İkimiz də bir yerdə inkişaf edərək, komandaya faydalı olmağa çalışırıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*