S.Peres: “Montsa Meksikanı xatırladır”

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, İtaliya Qran Prisindəki atmosferi çox bəyənir.

F-1.az xatırladır ki, meksilalı sürücü Montsada 2012-ci ildə podiuma yüksələ bilib.

Serxio Peres: “İtaliyanı və Montsanı çox sevirəm. Bura mənim ən çox sevdiyim yarışlardan biridir və tiffozilər çox möhtəşəmdirlər. Bütün həftəsonu ərzində mükəmməl atmosfer yaradıb sizi rahatlada bilirlər. Onların enerjisinə heyranam. 2017-ci ilin bolidləri ilə buradakı sürətli döngələri keçmək həzz verəcək. Belçikada bunu sınadıq və möhtəşəm idi. Burada da eynisini gözıəyirəm.

Montsada gözəl xatirələrim var. 2012-ci ildə iki Ferrari-ni trasda keçərək, podiuma yüksəlmişdim. Özümü Meksikada hiss edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*