18 Oktyabr 2017, Çərşənbə - 22:23

S.Peres: “Malayziya mənim üçün xüsusidir”

S.Peres: “Malayziya mənim üçün xüsusidir”

Müəllif: Rauf Hacıyev, redaktor

07:01 - 28 Sentyabr, 2017

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, Malayziya yarışı onun üçün çox vacibdir.

F-1.az xatırladır ki, meksikalı sürücü 2012-ci ilin Malayziya yarışında Alonso ilə qələbə uğrunda mübarizə aparmış və ikinci yeri tutmuşdu. Bu, Peresin karyerasındakı ilk podiumu idi.

Serxio Peres: “Malayziya mənim üçün çox vacibdir. 2012-ci ildə Formula1-də ilk podiumumu burada qazanmışdım. Mənim üçün xüsusi gün idi. Sinqapurdan sonra yenə çox isti yarış olacaq. Keçənilki yarış karyeramın ən isti yarışı idi. Bazar günü bol-bol tərləyəcəm. Hava müəmmalıdır. Birdən fırtına başlaya bilər və ya 5 dəqiqə ərzində tras quruya bilər. Çox isti və nəmli hava var. Hər il burada xüsusi yarışlar olur. Sepanqın təqvimdən çıxması məyusedicidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 126
Teqlər , , ,
Paylaş

logo