18 Noyabr 2018, Bazar - 01:34

S.Peres komandasının işindən razı qalıb

S.Peres komandasının işindən razı qalıb

Müəllif: Rauf Hacıyev, redaktor

14:10 - 26 Aprel, 2017

Force İndia komandasının sürücüsü Serxio Peres hazırda turnir cədvəlində 4-cü yerdə olan komandasına təriflər yağdırıb.

F-1.az xatırladır ki, hindistanlılar 2016-cı ildə mükəmməl performans göstərərək, konstruktorlar çempionatında 4-cü yeri tutmuşdular. Force İndia komandası bu mövsümə də əla başlayıb və hazırda 17 xalla 4-cü yerdə – orta qrupun lideridir.

Serxio Peres: “Bəhreyndən sonra komandamla fəxr duyduğumu demişdim. Heç vaxt təslim olmadıq və gözəl nəticələr qazanmaq üçün əlimizdən gələni etdik. Hər yarışdan xal almağa davam etdik. Bəhreyndə sıralanma turunda 18-ci olduqdan sonra işimizin çətin olduğunu düşündüm, amma mükəmməl performans göstərərək, finişdə 7-ci olduq. Mövsümə əla başladıq. Aldığımız nəticələrdən razıyıq. Komanda yarışı yaxşı oxuyur və mükəmməl strategiyalar tətbiq edir. Bu, komandanın gücüdür.

Soçi ilə bağlı xoş xatirələrim var. Burada 2015-ci ildə podiuma yüksəlmişdim. Bu il də mümkünsüz deyil. Deyəsən, 3-cü döngəni bütün sürücülər sevir. Çünki orada bolid yüksək yüklənməyə məruz qalır. Digər döngələr də şəhər tipli trasları xatırladır. Ötmə etmək çətin olduğu üçün sıralanma turu çox vacib olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 818
Teqlər , , ,
Paylaş

logo