S.Peres ilk dəfə ata olacaq

Məlum olub ki, Force İndia-nın meksikalı sürücüsü və onun rəfiqəsi Karola ilk övladlarını gözləyirlər.

Serxio Peres Paddock Talk resursuna müsahibəsində sevincini belə ifadə edib: “Mən ailəm barədə heç vaxt danışmıram. Amma bu həyatımın ən gözəl anlarıdır və çox şadam. Bu, inanılmaz xoşbəxtlikdir”.

F-1.az bildirir ki, Serxio peletonda Sebastyan Fettel, Kimi Rəykkönen, Roman Qrojan və Felipe Massadan sonra ata olacaq beşinci sürücüdür.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*