18 Noyabr 2018, Bazar - 12:24

S.Peres: “Hələki bəxtimiz gətirir”

S.Peres: “Hələki bəxtimiz gətirir”

Müəllif: Rauf Hacıyev, redaktor

21:37 - 08 Aprel, 2017

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, cümə günü sərbəst yürüşlır keçirilmədiyi üçün sıralanma turunda onluğa düşə bilib.

F-1.az xatırladır ki, cümə günü Çində hava pis olduğu üçün sürücülər cəmi 15 dəqiqə işləmişdilər. Buna baxmayaraq, Peres bu vəziyyətdən maksimum istifadə edərək sıralanma turunda 8-ci yeri tutub: “Bugünkü nəticədən çox razıyam. Komandaların cümə günü işləyə bilməməsi də bizə kömək etdi. Hazırda orta qrupda rəqabətədavamlı bolidə sahib deyilik. Bəzi komandalar bizdən öndədirlər və tez bir zamanda inkişaf etməsək, sonra bizə çətin olacaq. Amma indiyə qədər şans faktoru bizimlədir.

Əgər sabahkı yarışda yağış yağsa, bizim xeyrimizə olacaq. Yağış təkərlərini əvvəllər istifadə etməsək də, vəziyyət bütün komandalarda eynidir və buna görə üstünlük qazana bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 236
Teqlər , , ,
Paylaş

logo