16 Dekabr 2017, Şənbə - 20:57

S.Peres: “Hədəfimiz Williams-dır”

S.Peres: “Hədəfimiz Williams-dır”

Müəllif: Elçin Zodorov, redaktor

19:11 - 16 İyul, 2016

Force İndia-nın meksikalı sürücüsü Serxio Peres komandasının mövsümü Williams-dan irəlidə tamamlayacağına əmindir.

F-1.az xatırladır ki, Force İndia İspaniya Qran Prisinə gətirdiyi yeniliklərdən sonra demək olar ki, bütün yarışlarda xal zonasına düşə bilmiş, son yarışların ən çox xal qazanan komandalarından biri olmuşdu.

Serxio Peres: “Mövsüm istədiyimiz kimi başlamadı, lakin etdiyimiz dəyişikliklər uğurlu oldu və istədiyimiz səviyyəyə gəlib çatdıq. İndi hər şey yaxşıdır. İki dəfə podiuma yüksəldim və komanda olaraq, növbəti yarışlarda daha artığını edə bilərik. Gələn ili fikirləşmək məcburiyyətində olduğumuzu bilirəm, lakın bu ilə də diqqət ayırmalıyıq. Williams-la aradakı xal fərqini azaltmışıq və xüsusilə də, son yarışlarda onlardan sürətliyik. Hazırki çıxışımızı davam etdirsək, onları keçə bilərik. İnanıram ki, bunu bacaracayıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 213
Teqlər , ,
Paylaş

logo