S.Peres: “Formula1-lə futbol bir deyil”

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, 2016-cı ilin ilk yarışlarında podium qazanmaq qeyri-mümkündür...

F-1.az xəbər verir ki, Force İndia komandası Bəhreyn və İspaniya QP-lərində yeniliklər gətirməyi və bu yeniliklərlə sürətlənməyi planlaşdırır.

Serxio Peres bu barədə danışıb: “Podiuma çıxa biləcəyimizdən əmin deyiləm. Hazırda podiumdan uzaqdayıq. Ancaq mən əminəm ki, komanda üçün yaxşı xallar qazanacayıq.

Yeniliklər həmişə ümid verir, ancaq onları trasda yoxlayarkən fərqli nəticələrlə üzləşirik. Ümid edirəm ki, bu həftəsonu yaxşı xallar qazanarıq.

Testlər mənim üçün yaxşı keçmədi, amma mən əminəm ki, bu həftəsonu yaxşı xallar qazanacayıq.

Formula1 ilə futbolu müqayisə etmək qəribədir. Futbolda insan gücü daha çoxdur, amma Formula1-də güc bolidlərdədir. Hazırkı rəqəmlərə baxsaq, görərik ki, Mercedes AMG-ni məğlub etmək qeyri-mümkündür.

Amma işlər elə gətirə bilər ki, digər komandalar qalib gələ bilərlər. Ümid edirəm ki, podium uğrunda mübarizə apararıq, amma hazırda bu çox çətindir.

Keçən il bitirdiyimiz yerdəyik, ona görə də yaxşı başlayıb, xallar qazana bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*