17 Dekabr 2017, Bazar - 11:52

S.Peres Force İndia-da qalır?

S.Peres Force İndia-da qalır?

Müəllif: Elçin Zodorov, redaktor

17:01 - 01 Oktyabr, 2016

Force İndia-nın 2017-ci ildə də meksikalı sürücü ilə yarışacağı artıq dəqiqləşib.

F-1.az xatırladır ki, komandası onunla müqaviləni uzatdığını bildirsə də, Serxio bunu təsdiq edən heç bir söz demirdi, əksinə, tez-tez başqa komandalara keçmək istədiyinə işarə vururdu. Onun adı Renault və Williams-la yanaşı çəkilirdi.

Lakin artıq onun komandasında qalacağı dəqiqləşib. Onun karyerasını Force İndia-da davam etdirməsi bir növ sponsorlarından asılı idi və belə görünür ki, tərəflər razılığa gələ biliblər. Beləliklə də, komanda ardıcıl 4-cü ildə də Hülkenberq-Peres cütlüyü ilə yarışacaq.

Serxio Peresin komandada qalacağının dəqiqləşməsindən sonra bütün komandalarda gələn il yarışacaq ümumilikdə 10 sürücünün adı dəqiq deyil. Williams, Renault, Sauber və Manor komandalarından heç birinin sürücülərlə gələn il üçün müqaviləsi yoxdur. Haas və Toro Rosso komandalarının hərəsində isə bir vakant yer yarana bilər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 172
Teqlər ,
Paylaş

logo