16 Dekabr 2017, Şənbə - 18:56

S.Peres: “Ferstappenin müdafiəsinə aydınlıq gətirilməlidir”

S.Peres: “Ferstappenin müdafiəsinə aydınlıq gətirilməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

20:49 - 28 İyul, 2016

Force İndia komandasının sürücüsü Serxio Peres Macarıstanda Ferstappenin Rəykkönenə qarşı etdiyi müdafiəni dəyərləndirib…

F-1.az xatırladır ki, Ferstappen Rəykkönen ilə mübarizədə iki dəfə yerini dəyişdirmişdi, amma buna baxmayaraq stüardlar bu hadisə ilə bağlı heç bir araşdırma aparmamışdılar.

Peres bu müdafiənin təhlükəli olduğunu bildirib: “Ferstappen bir az həddini aşdı. Xüsusən də, əylənmə nöqtəsində olması çox təhlükəli idi. Bəzən sürücülər yerlərini qorumaq üçün son ana qədər mübarizə aparırlar. Heç kim müdafiə olunmadan təslim olmaq istəmir. Amma işin təhlükəsizlik tərəfini də düşünmək lazımdır. Xüsusən də son vaxtlarda stüardlar qaydalar barədə stabil deyillər. Hər yarış qaydaları başqa cür tətbiq edirlər. Biz bu mövzulara aydınlıq gətirilməsini istəyirik. Əylənmə zonasında yer dəyişdirmək təhlükəli qəzalar əmələ gətirə bilər. Ümid edirəm ki, bundan sonrakı yarışlarda daha ədalətli rəqabət görərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 113
Teqlər , , , ,
Paylaş

logo