S.Peres Ferrari-yə keçir?

Serxio Peres son yarışlarda göstərdiyi mükəmməl performansına görə yenidən güclü komandaların diqqətini cəlb edib.

F-1.az xatırladır ki, meksikalı sürücü 2012-ci ildə göstərdiyi mükəmməl performansa görə McLarenə transfer olunmuşdu. Amma Peres 2013-cü ildə Censon Battondan az xal topladığı üçün Maqnussenlə əvəzlənmişdi. Ona görə də Peres Force İndia komandasına keçmişdi. Meksikalı sürücü Hindistan təmsilçisinin tərkibində 3 dəfə podiuma çıxdı.

Finlandiya mətbuatının verdiyi xəbərə əsasən, Peresin atası Antonyo Peres Kanadada sensasiyalı xəbərlər verəcək. Xəbərdə deyilir ki, Serxio Peresin Ferrari-yə transferi tezliklə açıqlanacaq və o, Rəykköneni əvəz edə bilər.

Ancaq bu açıqlamanın səbəbi Heineken-in Force İndia ilə olan sponsor müqaviləsi ola bilər.

Qeyd edək ki, Peres 2012-ci ildə göstərdiyi performans ilə Ferrari-nin diqqətini cəlb etmişdi, ancaq sonda gözlənilmədən McLaren ilə müqavilə bağlamışdı…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*