S.Peres: “Ən sürətli 4-cü komanda deyilik”

Force İndia-nın sürücüsü Serxio Peres bildirib ki, Barselonadakı həftəsonu onlar üçün qarışıq keçəcək.

F-1.az xatırladır ki, Hindistan təmsilçisi 4 yarışdan sonra 31 xal toplayaraq, 4-cü yerdə qərarlaşıb. Serxio Peres isə hazırda 22 xalla 7-ci yeri tutur.

Serxio Peres: “Barselona trası bolidləri, sözün əsl mənasında, test edən traslardan biridir. Xüsusi döngələri var və bolidin aerodinamik xüsusiyyətlərini burada görə bilirsiniz. Avropa yarışları başlayan kimi mövsümün o dəqiqə bitəcəyini hiss edirsiniz. Bundan sonra mövsüm sürətlə gedir və özünüzü birdən son yarışda görürsünüz.

Rusiyada rəqabətədavamlı idik və gözəl xallar qazandıq. Amma düşünmürəm ki, hazırda ən sürətli 4-cü komandayıq. Bütün komandalar Barselonaya yeni detallar gətirəcəklər və hamı çox xoşbəxt görünür. Buna görə də əvvəldən heç nəyi proqnozlaşdırmaq olmaz. Ümid edirəm ki, gözəl nəticələr alarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*