S.Peres: “Dördüncülüyü qorumaq çətin olacaq”

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, 4-cü yeri qorumaq daha çətin olacaq.

F-1.az xatırladır ki, hindistanlılar son iki mövsümdə 4-cü yeri tuta biliblər. Lakin belə görünür ki, bu il işləri daha çətin olacaq. Çünki McLaren və Renault komandası mövsümöncəsi testlərdə güclü təsir bağışlayıblar. Pəddi Lou gəldikdən sonra fəlsəfəsini dəyişən Williams-dan da güclü performans gözlənilir.

Serxio Peres: “McLaren-ə fikir verməliyik. Renault da yaxşı inkişaf edib. İnanıram ki, biz də təkmilləşəcəyik. Orta qrupda çətin mübarizə olacaq. Ümid edirəm ki, ön qrupa yaxın olarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*