10 Dekabr 2018, Bazar ertəsi - 19:21

S.Peres: “Çox vaxt itirdik”

S.Peres: “Çox vaxt itirdik”

Müəllif: Rauf Hacıyev, redaktor

12:15 - 03 Mart, 2018

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, pis hava şəraitinə görə çox vaxt itiriblər.

F-1.az xatırladır ki, meksikalı sürücü qar üzündən testlərin 3-cü günündə trasa çıxa bilməmiş və sonuncu gündə 65 dövrə vura bilmişdi.

Serxio Peres: “Qar yağışına görə bolidə son gündə otura bildim və yaxşı iş gördük. Üç aydan sonra yenidən sürmək gözəldir. Havanın pis olması işləri çətinləşdirdi. Çox az məsafə qət etdik və buna görə də bolidi tanıya bilmədik. Plana uyğun dövrələr vurduq və bolidi çox az tanıdıq. Təkərlər üçün də gözəl gün idi. Ancaq testlərin ikinci həftəsində daha çox məsafə qət etməliyik. Melburna hazır getmək istəyirik və bunun üçün testlər vacibdir. Ümid edirəm ki, hava yaxşılaşar və vaxt itirmərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 174
Teqlər ,
Paylaş

logo