S.Peres: “Bolid gözlədiyimizdən zəifdir”

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, yeni bolidləri düşündüklərindən də bərbad gündədir.

F-1.az xatırladır ki, meksikalı sürücü sıralanma turunda 13-cü yeri tuta bilib.

Serxio Peres: “13-cü yerə görə sevinmək olmaz. Xüsusən də, yaxşı dövrə vurduğumu düşündüyüm anda belə olması məyus etdi. Bu gün problem yaşamadıq. Sadəcə bolidi təkmilləşdirməliyik. Sözün açığı, bu gün son sessiyaya qalmağı planlaşdırmışdıq, lakin heç nə istədiyimiz kimi olmadı. Deyəsən, asfaltayatma cəhətdən çox zəifik. Amma komandama güvənirəm və növbəti yarışlarda sürətlənəcəyik. Mövsüm uzundur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*