20 Noyabr 2017, Bazar ertəsi - 07:52

S.Ojye Red Bull bolidini sürəcək?

S.Ojye Red Bull bolidini sürəcək?

Müəllif: Rauf Hacıyev, redaktor

19:19 - 20 İyun, 2017

Ralli üzrə dördqat Dünya Çempionu Sebastyen Ojye bu həftə Red Bull-un bolidi ilə Avstriyada test edəcək.

F-1.az xatırladır ki, keçən il MotoGP üzrə 3 qat Dünya Çempionu Xorxe Lorenso Mercedes komandası ilə testlər etmiş və almanlar bildirmişdilər ki, Rossi və Ojyeyə də test imkanı verə bilərlər.

Lakin iddialara əsasən, Ojye Red Bull komandasından təklif alıb. As qəzeti xəbər verir ki, fransalı sürücü bu həftə Red Bull Rinq trasında Formula1 bolidini test edəcək. Ralli üzrə dördqat Dünya Çempionunun hansı bolidlə çıxış edəcəyi bilinmir. Lakin iddialara görə, Ojye 2013-cü ilin RB9 bolidi ilə trasa çıxacaq.

Fransalı sürücü 4 il əvvəl Monako Qran Prisinə qonaq qismində gəlmiş və Formula1 bolidi sürməyi xəyal etdiyini demişdi. Qeyd edək ki, daha əvvəl ralli əfsanəsi Sebastyen Löb də Formula1 bolidi sürmüşdü…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 713
Teqlər , , , , ,
Paylaş

logo