15 Dekabr 2018, Şənbə - 02:35

S.Markionne vəfat edib

S.Markionne vəfat edib

Müəllif: Elçin Zodorov, redaktor

14:04 - 25 İyul, 2018

F-1.az xəbər verir ki, Fiat Chrysler konserninin və Ferrari-nin keçmiş rəhbəri Sercio Markionne bu gün 66 yaşında vəfat edib. Məlumatı italyan şirkət rəsmən təsdiqləyib.

Con Elkann, Fiat Chrysler konserninin prezidenti: “Təəssüf ki, qorxduğumuz şey baş verdi. Sercio Markionne – dahi insan və dostum həyatdan getdi. Ailəm və mən etdiyi şeylər üçün ona minnətdarıq”.

Xatırladaq ki, çiynindən əməliyyat olunan Sercionun vəziyyətinin ağır olduğu, işə qayıda bilməyəcəyi açıqlanmışdı və onun yerinə Con Elkann təyin olunmuşdu. Onun Sürixdəki hospitalda bir həftədən çox qalmayacağı planlaşdırılırdı, lakin əməliyyatdan sonra vəziyyəti ağırlaşan Markionne komaya düşmüşdü.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 287
Teqlər , ,
Paylaş

logo