S.Markionne sürücülərindən razıdır?

Ferrari-nin prezidenti Sercio Markionne sürücülərini dəyərləndirib.

F-1.az xatırladır ki, Ferrari 2017-ci il mövsümünə yaxşı başlasa da, sürücülərin səhvləri və etibarlılıq problemlərinə görə onillik çempionluq həsrətinə son qoya bilməmişdi.

Sercio Markionne: “Fettel xasiyyətcə cənublulara bənzəyir. O, çalışqandır. İnanıram ki, səhvlərini anladı və gələn il cənublu tərəfini görməyəcəyik. Hazırda rəqabətədavamlı bolidin məsuliyyətini daşıyır.

Kimi isə doğru sazlanmaları və ritmi tapanda mükəmməl olur. Amma o sazlanmaları tapmalıyıq. Kiminin əlindən gələni etməsini görmək gözəldir. O çox soyuq adamdır, amma digər günlər başqa cür olur. Gələcək üçün Lekler, Covinatsi və Ferstappen kimi istedadlar var. Şarl Leklerə görə çox xoşbəxtəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*