S.Markionne: “Qələbənin vaxtı gəlmişdi”

Ferrari-nin prezidenti Sercio Markionne qazandıqları Avstraliya yarışından sonra bildirib ki, qələbə vaxtında gəlib.

F-1.az xatırladır ki, Sebastyan Fettel mövsümün ilk yarışında qalib gəlib. Beləliklə, Ferrari 2015-ci ilin Sinqapur yarışından sonra ilk qələbəsini qazanıb. Qeyd edək ki, Ferrari komandası sonuncu dəfə Avstraliyada 2007-ci ildə finişi hamıdan əvvəl keçmişdi. “Qırmızılar” eyni zamanda 2010-cu ildən sonra ilk dəfə mövsümün ilk yarışında qalib gəliblər.

Sercio Markionne: “Artıq zamanı gəlmişdi. Komandadan və çətin günlərdə yanımızda olan tiffozilərdən razıyam. İlyarım idi ki, bu qələbəni gözləyirdik. Yenidən İtaliya himnini dinləmək bizə böyük motivasiya verdi. Sebastyan əla iş gördü və inanıram ki, Kimi də tezliklə komanda yoldaşının yanında olar. Bu qələbə həm boksdakıların, həm də bazadakıların işlərinin hesabına gəldi. Böyük hədəflərə çatmaq üçün komanda işi yeganə yoldur.

Amma bu, bizim üçün nəticə deyil. Uzun yoldakı ilk addımdır. Hər gün inkişaf etməyə fokuslanmalıyıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*