S.Markionne niyə sarsılıb?

Ferrari-nin prezidenti Sercio Markionne bildirib ki, builki çempionluğu itirmələri sarsıdıcıdır.

F-1.ax xatırladır ki, italyanlar mövsümə mükəmməl başlayaraq mövsümün birinci hissəsini Fettellə lider bağlasalar da, Sinqapurdakı qəza, Malayziya və Yaponiyadakı mühərrik problemlərinə görə çempionluğu əldən veriblər.

Sercio Markionne: “Formula1-də bəxtsizliyə inanmıram. Bu işləri necə idarə etdiyinizin göstəricisidir. Xüsusən də, mövsümün ikinci hissəsində texniki problemlər və sürücü səhvləri var idi.

Deyəsən, çox şey öyrəndik və bunu öyrənmək üçün çox məyus olduq. Gələn il səhvlərimizi düzəldərək daha güclü olmağa ümid edirəm. Formula1 komandasının idarə edilməsini birinci mən tənqid etməliyəm. Amma keçən il heç kəs bizim mövsümün birinci hissəsində lider olacağımızı deyə bilməzdi. Builki vəzifəmizi sona qədər yerinə yetirə bilmədik. Daha yaxşısını etmədiyimiz üçün məyusuq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*