S.Markionne fikrində qətidir

Ferrari-nin prezidenti Sercio Markionne bir daha bildirib ki, 2021-ci ildən qüvvəyə məniəcəki mühərrik reqlamenti istədikləri kimi olmasa, idmandan gedəcəklər.

F-1.az xatırladır ki, FİA və Liberty-nin 2021-ci il üçün təklif etdiyi mühərriklər Ferrari, Mercedes və Renault-nun kəskin etirazına səbəb olmuşdu. Ən sərt reaksiya Sercio Markionnedən gəlmişdi və Ferrari-nin prezidenti “Formula1 beynəlxalq NASCAR olsa, idmandan gedəcəyik” demişdi.

Amma Alfa Romeo-nun Sauber komandası ilə idmana qayıtmasından sonra çox adam düşünürdü ki, Markionne blef edir. Lakin italiyalı prezident qərarında qəti olduğunu deyib: “Danışıqlar gedir və yeni xəbərlər olacaq. Sözün açığı, Ferrari-yə fayda verən həll yolu tapmaq üçün 2020-ci ilə qədər vaxtımız var. O tarixə qədər ən yaxşı variantı tapmalıyıq. Ferrari-nin idmandan çıxmaq təhlükəsi blef deyil, reallıqdır. Bu mövzuda çox ciddiyik. Sauber-lə bağladığımız müqavilə 2021-ci ildə bitəcək. Yəni Ferrari-nin ayrılmaq istədiyi dövrə təsadüf edir. İdman üçün yaxşı həll yolu tapmalıyıq. Lakin bəzi mövzularda geriyə addım atmayacağıq. Çeyz və mən idmanın yaxşılığı üçün ortaq məxrəc tapmalıyıq. Məsələn, texnologiyanın inkişafı bizim üçün vacibdir. Texniki cəhətdən bolidlər inkişaf etməlidirlər və geriyə addım doğru deyil. Ferrari-nin burada olmaq səbəblərindən biri budur. Əgər Formula1 bu yöndə inkişaf etməsə, onda Ferrari məharətini göstərmək üçün başqa seriya tapacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*