20 Oktyabr 2017, Cümə - 19:53

S.Markionne Fettelin cəza almaması üçün tapşırıq verib?

S.Markionne Fettelin cəza almaması üçün tapşırıq verib?

Müəllif: Rauf Hacıyev, redaktor

18:09 - 19 Avqust, 2017

Ferrari komndasına yaxınlığı ilə tanınan Leo Turrini Sebastyan Fettellə Formula1-in əfsanəsi Mixael Şumaxeri müqayisə edib.

F-1.az xatırladır ki, Fettelə Formula1 aləmində bala-Şumaxer deyirlər. 30 yaşlı sürücü 11 mövsümlük Formula1 karyerasında 4 dəfə Dünya Çempionu titulunu qazanıb və 3 dəfə də titul qazanarsa, müəllimi Şumaxerə çatacaq.

Amma Turrini Fettelin əfsanəvi Şumaxerlə müqayisəsini heç cür doğru saymır: “Ferrari 2014-cü ilin sonunda pis vəziyyətdə idi. Bolid rəqabətədavamlı deyildi və tənqidlər çox idi. Mercedes bütün traslarda ən güclü idi. Bütün bunlara baxmayaraq, Red Bull yarış qazana bilirdi, amma Ferrari çarəsiz idi. Üç ildən sonra vəziyət tamamilə dəyişdi. Ferrari-nin prezidenti Markionne həmişə doğru olmasa da, idarəçiliyi hesabına çox şeyi düzəltdi.

Fettel Bakıda Həmiltona çırpıldığı zaman Markionne siyasi əlaqələrindən istifadə etməsəydi, hazırda başqa cür danışa bilərdik. Bəlkə də Fetteli yarışdan ixrac edə bilərdilər və hazırda 12 xal az toplaya bilərdi. Gələcəkdə nə ola bilər? Əgər Fettel Spa və ya Montsa yarışlarından birini qazansa, çempion olacaq. Amma mən Nostradamus deyiləm. Əvvəldən heç nəyi görə bilmərəm. Ferrari-nin hazırda güclü heyəti var. Rəykkönen və Fettel cütü ən yaxşı variantdır.

Sebastyanın sürətli bolidi olsa, onda ən yaxşı nəticələri ala bilir və üstünlük qazanır. Əgər tərsin’ olsa, onda gərginləşir və səhvlər edir. Belə zəif tərəflərini düzəltməlidir. Mixael Şumaxer isə belə problemlər yaşamazdı. Ən pis bolidlə də güclü idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 15. 280
Teqlər , , ,
Paylaş

logo