S.Markionne: “Fettel çempion kimi sürdü”

Ferrari-nin prezidenti Sercio Markionne sürücüsü Sebastyan Fettelə təriflər yağdırıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü Bəhreyn yarışında qalib gələrək, xallarını 50-yə yüksəldib və 2004-cü ildən sonra ilk dəfə Ferrari ilk iki yarışda qələbə qazanıb.

Sercio Markionne: “Hər şeydən əvvəl mexanikimizin tezliklə sağalmasına ümid edirəm. Komanda həftəsonu ərzində əla performans göstərdi. Birinci sərbəst yürüşlərdən etibarən öndə qaldıq. Yarış bizim üçün çətin keçdi və Sebastyan əsl çempion kimi sürdü. Kimi podiuma çıxa biləcək tempdə idi. Amma mübarizəni dayandırması məyusedicidir. Bu yarış göstərdi ki, Scuderia əla bolidə, güclü komandaya və iki mükəmməl sürücüyə sahibdir. Eyni zamanda rəqiblərimizin də yaxın olduğunu gördük. Yolumuz uzundur və diqqətimiz dağılmamalıdır. Çox işləyib ruhumuzu qorumalıyıq. Fanlarımızı ancaq belə sevindirə bilərik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*