13 Dekabr 2017, Çərşənbə - 15:21

S.Markionne çempionluq barədə düşünür

S.Markionne çempionluq barədə düşünür

Müəllif: Rauf Hacıyev, redaktor

11:07 - 18 Aprel, 2017

Ferrari-nin prezidenti Sercio Markionne bildirib ki, Bəhreyndə qazanılan ikinci qələbədən sonra çempionluq uğrunda mübarizədə iddialarını sübut ediblər.

F-1.az xatırladır ki, Ferrari komandası Sebastyan Fettellə mövsümün 3-cü yarışında ikinci qələbəni qazanaraq, əla başlanğıc edib. Tiffozilər sonuncu dəfə 2008-ci ildə mövsümə bu cür başlanğıc etmişdilər.

Sercio Markionne: “Axır ki, rəqabətədavamlı bolidimiz var və bundan ən yaxşı formada istifadə edirik. Bu nəticədə Maranelloda işləyən hər kəsin payı var və hamısına təşəkkür etməliyik. Kimi də bu gün çətinliklərə baxmayaraq, əla yarışdı. Yarış tempində güclü olduğumuzu bilirdik və buna görə də sıralanma turunda yaranan fərqi çox düşünmədik. Ümid edirəm ki, bu tempdə davam edərək, Dünya Çempionu titulunu qazanarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 595
Teqlər , ,
Paylaş

logo