24 Noyabr 2017, Cümə - 17:14

S.Markionne bəzi suallara aydınlıq gətirib

S.Markionne bəzi suallara aydınlıq gətirib

Müəllif: Rauf Hacıyev, redaktor

12:17 - 23 Oktyabr, 2017

Ferrari komandasının prezidenti Sercio Markionne bildirib ki, Binotto hazırkı komanda rəhbəri Arrivabenenin yerinə keçməyəcək.

F-1.az xatırladır ki, yayda çıxan xəbərlərə əsasən, Mattia Binotto ilə Mauritsio Arrivabene arasında taxt oyunu gedirdi. Ferrari-nin son yarışlardakı zəif performansı və problemləri bu şayiələri daha da gücləndirib.

Sercio Markionne: “Həm Arrivabene, həm də Binotto bolidin üzərində bir yerdə işləyiblər. Birini seçmək axmaqlıq olar. Əgər bu ikisindən biri uğursuz olsa, hər ikisini də qovarıq. Çünki hər şeyi bir yerdə ediblər. Hazırda əsas işimiz problemləri həll etmək və yenidən qalib gəlməyə başlamaqdır. Bütün problemləri bir adamın ayağına yazmaq doğru olmaz. Komanda olaraq səhvləri tapıb düzəltməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 169
Teqlər , , ,
Paylaş

logo